"Tam fərqli Lətifə Soyuöz görəcəksiniz"

"Tam fərqli Lətifə Soyuöz görəcəksiniz"
17:21 11 Oktyabr 2016
77 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Lətifə Soyuöz "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, ifaçı sənətdə sərhəd tanımadığını deyib:

"Bu sənətdə sərhəd yoxdur. Biz hanısa bir iş görürük və deyirik ki, bu, mükəmməl bir işdir. Amma daha sonra baxırıq ki, bundan da yaxşısını etmək olar. Bir gün baxırsan ki, bu geyimdə çox gözəlsən. Ancaq sabah baxanda bəyənmirsən.

Hazırda əynimdəki əl işi olan geyim özəl hazırlanıb. Modelyerim Renat Ramazanlının işidir. Xüsusi günlərdə paltarlarımı o seçir. Dörd ildir biz həm dostuq, həm də birlikdə çalışırıq. Mən onun modelyerliyini çox bəyənirəm. Hazırda payızla bağlı gözəl fotosessiya hazırlayırıq. Tam fərqli bir Lətifə Soyuöz görəcəksiniz".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR