Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 2,5 dəfə üstələyib

Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 2,5 dəfə üstələyib
17:22 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104016511 ISIN kodlu, tədavül müddəti 364 gün olan 15 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, hərracda investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 37,5 mln. manat təşkil edib.
Qiymətli kağızların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 87,0407 (gəlirlilik - 14,9708%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 10 oktyabr 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-dovlet-istiqrazlari-ile-bagli-herracda-teleb-teklifi-2-5-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR