6 seçki məntəqəsndə seçki komissiyaları buraxıldı

6 seçki məntəqəsndə seçki komissiyaları buraxıldı
17:23 11 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 6 seçki məntəqəsində seçki komissiyalarının buraxılması ilə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, həmin komissiyalar 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyalarıdır. Sözügedən komissiyalar səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə buraxılıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR