Roma şəhəri Yay Olimpiya Oyunlarına namizədlikdən imtina etdi

Roma şəhəri Yay Olimpiya Oyunlarına namizədlikdən imtina etdi
17:32 11 Oktyabr 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. 

Milli.Az report-a istinadən bildirir ki, bu barədə CONİ-nin prezidenti Covanni Malaqo açıqlama verib.
O, Beynəlxalq Olimpiya Komitəsinə imtina məktubu ünvanladıqlarını bildirib.

Sentyabrın 21-də Romanın yeni seçilmiş meri Virciniya Raci Oyunlara namizədlikdən imtina edəcəklərini deyib. Tezliklə bu qərar şəhər şurasının iclasında ratifikasiya olunub.

Qeyd edək ki, Roma 1960-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. İtaliya paytaxtı 2020-ci il olimpiadasına da namizədliyini verib. Amma İtaliya hökuməti iqtisadi böhran üzündən imtina qərarı verib. 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. Romanın imtinasından sonra Oyunlara namizəd qismində Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) qalıb.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR