“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
17:34 11 Oktyabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2016-cı il üçün fəaliyyət planına əsasən, Suraxanı Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

 

Lent.az-ın məlumatına görə,  tədbirdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.     

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

 

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində qazandığı qələbənin cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov bildirib ki, Silahlı Qüvvələrin işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirdir və bunu aprel döyüşlərində sübut edib.

 

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini qeyd edib. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, görülmüş işlərin nəticəsində artıq ölkədə fərarilik halları baş vermir, gənclərin hərbi xidmətə yola salınması mərasimləri böyük bayram tədbiri kimi həyata keçirilir.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Suraxanı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR