Milli qəhrəmanlara aylıq 1300 manat təqaüd veriləcək - FƏRMAN

Milli qəhrəmanlara aylıq 1300 manat təqaüd veriləcək - FƏRMAN
18:18 11 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.

Publika.az-ın xəbərinə görə, fərmanda qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR