İcra başçısının müavininə "Sumqayıt"da vəzifə verildi

İcra başçısının müavininə "Sumqayıt"da vəzifə verildi
18:27 11 Oktyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, ilk növbədə şuranın üzvlərinə dəyişikliklər haqqında məlumat verilib. 


Belə ki, Müşahidə Şurasına Elgin Həbibullayevin əvəzinə klubun təsisçiləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov dəvət olunub.


İclasda həmçinin, əsas komandanın Premyer Liqanın 2016/17 mövsümünün ilk dövrəsindəki nəticələri, klubun indiki durumu və gələcək planları müzakirə olunub.


Yekununda isə Müşahidə Şurası, qurumun üzvü olan veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR