"Bank Standard"ın 240 müştərisinə kompensasiya ödənilib

"Bank Standard"ın 240 müştərisinə kompensasiya ödənilib
18:37 11 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) müflis olmuş "Bank Standard" MMC-nin 240 müştərisinə kompensasiya ödəyib.

Bunu Trend-ə ADIF-in rəhbəri Azad Cavadov deyib.

Onun sözlərinə görə, hazırda kompensasiyaların ödənişi davam edir və verilmiş kompensasiyaların dəqiq məbləği onun tamamlanmasından sonra məlum olacaq.

A.Cavadov qeyd edib ki, adətən ilk günlər əmanətçilərin axını çox olur: "Hazırda kompensasiya üçün təqribən 1000 nəfər müraciət edib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR