Azərbaycanda Prezident təqaüdünün məbləği 30 faiz artırılıb

Azərbaycanda Prezident təqaüdünün məbləği 30 faiz artırılıb
18:47 11 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb. 
"Report"un məlumatına görə, məqsəd ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsidir. 
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-prezident-teqaudunun-meblegi-30-faiz-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR