Müstəqilliyin 25 illiyi yüksək səviyyədə qeyd ediləcək - SƏRƏNCAM

Müstəqilliyin 25 illiyi yüksək səviyyədə qeyd ediləcək - SƏRƏNCAM
18:54 11 Oktyabr 2016
109 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda aşağıdakı bəndlər yer alıb:

 

1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.

 

2. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın ikinci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR