Şəriki olan qadına paxıllıq etdi, bıçaqladı -FOTO

Şəriki olan qadına paxıllıq etdi, bıçaqladı -FOTO
19:27 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Taylandın Pattayya kurortundakı Patayya Park küçəsində rusiyalı iş adamı sabiq şərikini, 36 yaşlı Sonya Qrinberqi bıçaqlayıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 69 yaşlı Oleq Martınov ona məxsus olan restoranın qarşısında törətdiyi cinayətdən sonra qaçıb aradan çıxmağa çalışıb. Lakin polis sərxoş O.Martınovu həbs edib.

Cinayətdən iki gün əvvəl S.Qrinberq polisə müraciət edərək O.Martınov tərəfindən hədələndiyini demişdi.

Ağır yaralanmış S.Qrinberq hospitala aparılıb və dərhal əməliyyat olunub.

S.Qrinberq və O.Martınov əvvəllər "Pecktopah" restoranını birgə işlədiblər. Lakin sonradan şəriklərin münasibətləri pozulub, S.Qrinberq "Pecktopah"ın yanında "Pizzora S-125" restoranını açıb.

Qrinberqin yeni restoranın müştəriləri daha çox olduğundan O.Martınov çılğına dönmüşdü. Bu səbəbdən də o, S.Qrinberqi "Pizzora S-125"i bağlamağa vadar etməyə çalışırdı.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR