Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
20:52 11 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub.
"Report" xəbər verir ki, bu posta Azərbaycandan Lətif Hüseynov seçilib. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq. 
Xatırladaq ki, AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər hakim seçkisi Komitəsinin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin - Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.
Qeyd edək ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR