13 saylı "zon"a xüsusi təyinatlıların yeridilməsi xəbərinə REAKSİYA

13 saylı "zon"a xüsusi təyinatlıların yeridilməsi xəbərinə REAKSİYA
21:05 11 Oktyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün mətbuatda Pentensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlıların yeridilməsi ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatda həmin müəssisəyə xüsusi təyinatlı qüvvələrin yeridilməsi, orada qanunlara tabe olmayan məhbusların özbaşınalığının qarşısının alınması üçün bu vasitə ilə tədbir görüldüyü bildirilir. Eyni zamanda, adıçəkilən çəzaçəkmə müəssisəsində baş verən həmin olaydan dolayı iki məhbusun xəsarət aldığı da qeyd edilir.

Milli.Az xəbər verir ki, bununla bağlı Pentensiar Xidmətin Mətbuat Xidmətinin rəisi Mehman Sadıqov bizimyol.info-ya açıqlama verib:

"Bu, bir qrup jurnalistin uydurmasıdır. Belə bir hadisə baş verməyib. Adıçəkilən cəzaçəkmə müəssəsində hər şey qaydasındadır. Belə bir hadisə baş vermədiyinə görə də orada heç kim xəsarət də almayıb. Tamamən yalan, uydurma xəbərdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR