Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
21:32 11 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyası çərçivəsində qurumun plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkiləri keçirilib. Assambleyanın üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə seçiblər. O, AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplayıblar. Seçkilərdə 203 parlamentari iştirak edib. Onlardan 25-i bitərəf qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəni 9 il müddətinə icra edəcək. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR