Rusiyada 17 yasli azerbaycanli qiz itkin dusub

Rusiyada 17 yasli azerbaycanli qiz itkin dusub
14:39 5 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya vetendasi olan azerbaycanli qiz itkin dusub. 17 yasli Qumru Ehmedova Moskva vilayetinin Dolqoprudniy seherinde yasayir. APA TV-nin "Komsomolskaya Pravda"ya istinaden xeberine gore, 11-ci sinif sagirdi dekabrin 26-da  itkin dusub. Sinif yoldaslari bildirib ki, onlar birinci rubun basa catmasini qeyd etmek munasibeti ile refiqelerinden birinin menziline toplasiblar: "Bir qeder oturduq. Qumru digerlerinden xeyli tez getdi. O milliyetce azerbaycanlidir, ailesi kifayet qeder ciddidir, ona eve tez gelmesini demisdiler", - deye onun sinif yoldaslarindan biri bildirib.

 

Qiz teqriben 16:00-da refiqesi ile binadan cixib. Bir nece deqiqeden sonra onu kucede telefonla danisan gorubler. 16:11-de o, "VKontakte" sosial sebekesindeki sehifesine girib.

 

Qumru Ehmedovanin atasi Mirsaleh Ehmedov bildirb ki, hemin vaxt  heyat yoldasi qizina zeng ederek tecili eve gelmesini bildirib. 15 deqiqden sonra ise onun telefonuna zeng catmayib. Bundan sonra aile polise muraciet edib.

 

Moskva polisi 17 yasli Qumrunun evlenmek meqsedi ile qacirildigini ehtimal edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR