Türkiyəli nazir Gülən məsələsinə görə ABŞ-a gedir

Türkiyəli nazir Gülən məsələsinə görə ABŞ-a gedir
22:59 11 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  nazir bildirib ki, görüş zamanı Abdulla Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.   

 

“Mən oktyabrın 25-də ABŞ-a yola düşəcəm. ABŞ-ın baş prokuroru ilə görüş  oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”, - deyə Bozdağ jurnalistlərə bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR