Aktrisa canlı yayımda həbs edildi - video + fotolar

Aktrisa canlı yayımda həbs edildi - video + fotolar
23:21 11 Oktyabr 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa Şelini Vudli Şimali Dakota əyalətindən keçəcək nəhəng neft boru kəməri layihəsinə etiraz edənlər sırasına qoşulub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa hadisə yerindən “Facebook” vasitəsilə canlı yayım edib.

Bu zaman polislər ona yaxınlaşaraq yayımı dayandırmasını tələb ediblər. Lakin yayıma davam edən Şelini inşaat aparılan yerə doğru hərəkət edib.

Nümayiş genişləndiyi üçün polis aksiyaçılara müdaxilə edib və 27 nəfər saxlanılıb. Şelini da canlı yayımda saxlanılaraq polis idarəsinə aparılıb.

Bir gün “Morton Kounti” həbsxanasında saxlanılan aktrisa daha sonra sərbəst buraxılıb.










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR