Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?

Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
23:22 11 Oktyabr 2016
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi müasir alimlər qızılın kişi orqanizminə mənfi təsir göstərdiyini, xüsusilə, cinsiyyət sisteminin fəaliyyətini pozduğunu söyləyirlər. Lakin bu fərziyyə barədə söylənilən fikirlər ziddiyyətlidir, bir çoxları onu düzgün saymır. Zənnimizcə, daha güclü olan səbəb bundan ibarətdir: qızıl bəzək əşyaları kişini qadına bənzədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kişi qızıl üzük, qolbaq, zəncir taxmağa başlasa, üzərində olan öhdəlikləri unudar, bəzək həvəsi onun beynini işğal edər, qazancını evə gətirmək əvəzinə qızıla verər. Qızıl zinət əşyaları ilə bəzənib-düzənmiş kişinin görünüşündə vüqar və heybət itər; o, gün altında parıldayan gəlinciyə bənzəyər.

Hər halda, hətta qızılın kişilərə qadağan edilməsinin səbəbi bu olmasa belə, yenə bu qadağana hörmətlə yanaşmağa və riayət etməyə borcluyuq. Çünki bu, Peyğəmbərin əmridir. Onlarla hədis və rəvayət kişilərə qızıl bəzək əşyalarından istifadəni qadağan edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR