Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi?

Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi?
23:42 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bütün elmlərdə olduğu kimi, riyaziyyat elmində də ilkin və hamı tərəfindən qəbul edilən anlayışlar mövcuddur. Belə anlayışlardan biri də məchul məfhumudur. Müasir riyaziyyatda bilinməyən ədədi, yəni məchulu göstərmək üçün "x" (iks) hərfindən istifadə edirlər.

Beynəlxalq səviyyədə bu hərf məchulun simvolu kimi qəbul edilmişdir. Bütün ölkələrdə məchulu "x" hərfi ilə ifadə edirlər. Bəs, bunun səbəbi nədir? Niyə başqa hər hansı hərf deyil, məhz "x" hərfi məchulu göstərir? Bu qayda nə zamandan mövcuddur? Və nəhayət, məchulu ifadə edən "x" (iks) hərfinin müsəlmanlarla hansı əlaqəsi var?

Milli.Az islam.az-a istinadən bildirir ki, sən demə, hələ orta məktəbin riyaziyyat fənnindəki tənliklərdən bizə tanış olan "x" (iks) simvolunun müsəlmanlarla birbaşa əlaqəsi vardır. Mövzuya keçməzdən əvvəl bunu xatırlatmaq istərdim ki, müasir riyaziyyat elminin əsas bölmələrindən biri olan cəbr və ən mühüm riyazi anlayışlardan olan alqoritm də öz adına görə müsəlmanlara borcludur. Miladi IX əsrdə yaşamış görkəmli müsəlman alimi Mühəmməd ibn Musa əl-Xarəzmi riyaziyyat, coğrafiya, astronomiya kimi elm sahələrində misilsiz bilik sahibi olmuşdur. Təsadüfi deyil ki, Xarəzminin ixtira etdiyi alqoritm anlayışı bu gün onun özünün adını daşıyır. Belə ki, əl-"Xarəzmi" adını Avropa alimləri öz kitablarında "alqoritm" şəklində qeyd etmişdilər. Xarəzminin riyaziyyat mövzusunda ən məşhur əsəri olan "Kitab əl-müxtəsər fi hesab əl-cəbr və-l-müqabələ" kitabı orta əsrlərdə Avropada ən çox oxunan, öyrənilən və tədris edilən riyaziyyat dərsliyi sayılırdı. Qeyd edək ki, dünya miqyasında istifadə edilən "algebra" termini də "əl-cəbr" sözünün latınlaşdırılmış variantıdır.

Məlumdur ki, müsəlmanların elmi naliliyyətləri orta əsrlərdə əsasən Əndəlus əmirliyinin vasitəsilə Avropaya ötürülürdü. Avropanın asilzadə ailələrinin övladları, elm adamları Əndəlusa axışır, burada müsəlmanlardan bilik əldə edirdilər. Əndəlus əmirliyindəki elm mühitinin dili ərəb dili sayılırdı. Avropa xalqları müsəlman alimlərin kitabları ilə ya birbaşa ərəb dili, ya da ispan dilinin vasitəçiliyi sayəsində tanış olurdular. Belə ki, bu kitablar çox zaman Əndəlus əmirliyinin yerləşdiyi Pireney yarımadasının yerli əhalisinin dili olan ispan dilinə tərcümə edilir, daha sonra başqa dillərə çevrilirdi. Aşağıda qeyd edəcəyimiz məsələ də ispan dilinin orfoqrafik quruluşu ilə birbaşa bağlıdır.

Ərəb dilində qələmə alınmış riyaziyyat kitablarında məchulu bildirmək üçün "şey" (şey'un) kəlməsindən istifadə edirdilər. Bu kitabları ispan dilinə çevirən tərcüməçilər belə bir çətinliklə üzləşdilər: ispan dilində "ş" səsini ifadə edən hərf yoxdur. Ona görə də tərcüməçilər məchulu bildirmək üçün üsul tapmağa çətinlik çəkirdilər. Əvvəlcə belə qərara alındı ki, "şey'un" sözündəki "ş" hərfini ispan dilindəki "ck" hərf birləşməsi ilə əvəz etsinlər. Bu isə qalın "k" hərfini ifadə edirdi. Yunan əlifbasındakı "kay" hərfi də eyni səsi bildirir. Bu hərfin yazılışı indiki "x" hərfini müəyyən qədər xatırladırdı. Ona görə də tərcüməçilər rahatlıq naminə "ck" birləşməsini yunan əlifbasındakı "kay" hərfi ilə əvəz etdilər. Amma orta əsrlərdə bütün kitablar son mərhələdə latın dilinə tərcümə edilirdi. Xüsusilə, Avropada müsəlmanların hərbi-siyasi, elmi-mədəni gücü zəiflədikdən, axırda isə bütün müsəlmanlar qitədən qovulduqdan sonra müsəlman irsinin latın dilinə tərcüməsi sürətləndi. Latın dili Avropanın universal elm dili idi. İndiki ingilis dili hansı universallığa malikdirsə, latın dili də eyni statusu daşıyırdı. Beləliklə, tərcümə prosesində yunan əlifbasının "kay" hərfi latın əlifbasının "x" (iks) hərfi ilə əvəz edildi. Məchulu bildirmək üçün ərəb dilindəki "şey" (şey'un) kəlməsinin ilk hərfinə əvəz olaraq latın əlifbasının "x" hərfindən istifadə etməyə başladılar. Sonrakı əsrlərdə də bu ənənə davam etdi. Hal-hazırda da beynəlxalq elmi ədəbiyyatda məchulu "x" (iks) hərfi ilə ifadə edirlər.

Sən demə, əsrlərdir beynəlxalq səviyyədə istifadə edilən "x" simvolunun yaranmasının səbəbi... ispan dilində "ş" səsinin olmaması imiş...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 19:22

“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir

25 Sentyabr 2017 19:17

VIDEO: Tanınmış modelin dərisi soyuldu, qulağı kəsildi, bütün qanı axıdıldı -

25 Sentyabr 2017 19:16

Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”

25 Sentyabr 2017 19:13

Bu sosial şəbəkələr İŞİD-in yuvasına dönüb

25 Sentyabr 2017 18:58

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

25 Sentyabr 2017 18:57

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017 18:52

Samiraldo ondan danışanları YIXIB-SÜRÜDÜ: “Uşağınızı zorlamışam?”

25 Sentyabr 2017 18:48

“Roma” Bakıya 19 futbolçu ilə gəlir

25 Sentyabr 2017 18:47

Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

25 Sentyabr 2017 18:47

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul

25 Sentyabr 2017 18:43

Bu pişiyin səsini eşidənlər qorxuya düşürlər - VİDEO

25 Sentyabr 2017 18:38

"Roma" 5 hücumçuyla gəlir!

25 Sentyabr 2017 18:37

Oqtay Əliyev qızı ilə belə görüntüləndi - FOTOLAR

25 Sentyabr 2017 18:33

Sumqayıtda minik avtomobili yandı

25 Sentyabr 2017 18:33

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

25 Sentyabr 2017 18:32

"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

25 Sentyabr 2017 18:29

Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

25 Sentyabr 2017 18:27

SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib

25 Sentyabr 2017 18:27

Neftçalaya daha 3 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:25

Yağış yağmadığına görə mollanı öldürdü

25 Sentyabr 2017 18:23

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

25 Sentyabr 2017 18:22

Neftçalaya 21,5 milyon manatı ayrıldı

25 Sentyabr 2017 18:18

ABŞ Putini devirmək üçün hərəkətə keçir - RƏSMİ BƏYANAT

25 Sentyabr 2017 18:18

Neftçalada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrıldı

25 Sentyabr 2017 18:18

Bakıda Estoniyanın ali məktəblərinə daxil olmaq istəyənlər üçün informasiya sessiyası keçiriləcək

25 Sentyabr 2017 18:17

İlham Əliyev sinqapurlu yeni həmkarını təbrik edib

25 Sentyabr 2017 18:16

Prezindent Neftçalaya 21,5 milyon pul ayırdı

25 Sentyabr 2017 18:14

Neftçalaya 21.5 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:11

Bu da İbrahim Tatlısəsin gəlini - FOTOLAR

25 Sentyabr 2017 18:09

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: xəstənin qan dövranı dayandırıldı və... - FOTO

25 Sentyabr 2017 18:08

Manaf Ağayev oğlunun qalmaqallı toyundan danışdı

25 Sentyabr 2017 18:05

İki uşaq arası özünü asdı - AZƏRBAYCANDA

25 Sentyabr 2017 18:04

Mahir Mədətovu bir də belə görün – FOTOLAR

25 Sentyabr 2017 18:03

Prezident İlham Əliyev sinqapurlu həmkarına təbrik məktubu ünvanlayıb

25 Sentyabr 2017 17:57

Dənizkənarı Milli Parkdan yığılan tullantıların həcmi

25 Sentyabr 2017 17:56

Tanınmış jurnalist çətin durumda - Övladı Hüseyn üçün kampaniyaya başladı... - VİDEO

25 Sentyabr 2017 17:53

SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar

25 Sentyabr 2017 17:52

“Coca-Cola” içdikdən 10 dəqiqə sonra orqanizmdə NƏ BAŞ VERİR? - İNANMAYACAĞINIZ GERÇƏKLƏR

25 Sentyabr 2017 17:48

BOS ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək

25 Sentyabr 2017 17:47

13 yaşlı fotoqraf vəhşi təbiəti ƏLÇATAN YAXINLIQDA ÇƏKİR

25 Sentyabr 2017 17:43

Azərbaycan 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

25 Sentyabr 2017 17:42

Kərküklə bağlı qərar verildi

25 Sentyabr 2017 17:42

İnsan dərisilə üzlənən kitab - SON CÜMLƏ DƏHŞƏT SAÇIR - FOTOLAR

25 Sentyabr 2017 17:38

İstanbulda ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər

25 Sentyabr 2017 17:37

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

25 Sentyabr 2017 17:37

Sentyabrın 26-na manatın məzənnəsi

25 Sentyabr 2017 17:37

Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

25 Sentyabr 2017 17:35

Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

25 Sentyabr 2017 17:35

Səidə bu səbəbə görə Niyamla ailə qurmayıb: "Dedi ki..."

25 Sentyabr 2017 17:34