Qubada piyada avtomobil tərəfindən vurulub

Qubada piyada avtomobil tərəfindən vurulub
23:52 11 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qubada piyada avtomobil tərəfindən vurulub.
"Report" xəbər verir ki, hadisə günün axşam saatlarında Quba rayon Cəfər Cabbarlı küçəsində baş verib.
Rayon sakini, 1938-ci il təvəllüdlü, Qədirov Zahiddin Qədir oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və ona kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün və alının əzilmiş yaraları diaqnozu qoyulub.
Hadisəni törətmiş avtomobilin sürücüsü barədə hələlik məlumat yoxdur.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qubada-piyada-avtomobil-terefinden-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR