Bu gün Aşuradır

Bu gün Aşuradır
00:05 12 Oktyabr 2016
509 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Aşura, 2016, Aşura günü - Bu gün Azərbaycanda Aşuradır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.
 
Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
 
O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
 
Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR