DÇ-2018: Millimiz Çexiyadan da xal qopardı

DÇ-2018: Millimiz Çexiyadan da xal qopardı
00:49 12 Oktyabr 2016
591 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.

 

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamızın səfər oyununda hesab açılmayıb 0-0.    

 

Çətin səfərdən 1 xal qazanmaq belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunur.  

 

Futbolçularımızın Çexiyada uduzmaması artıq bir yubileyin qeyd olunması ilə nəticələnib. Belə ki, tarixi ərzində çıxış etdiyi bütün seçmə mərhələlərdə cəmi 9 dəfə səfərdə xala və qələbəyə sevinmiş seçməmiz bu dəfə yubileyi rəsmiləşdirib.

 

San-Marino ilə səfər, Norveçlə ev matçlarında qol buraxmayan yığmamız yenidən qapısını toxunulmaz saxlamağa bacarıb. Millimiz 3 seçmə oyununda qol buraxmamaqla, tarixinin rekordunu təkrarlayıb.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

 

 

Çexiya – Azərbaycan - 0:0

 

Baş hakim: Matey Yuq

Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)

Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)

UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Mestiski” stadionu


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR