ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb
02:47 12 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Telekanalın xəbərinə görə 33 ölüm faktı ölkənin cənub-şərqindəki 5 ştatda qeydə alınıb. Onlardan 14-ü Şimali Karolinanın payına düşür.
Ştatın qubernatoru Pet Makkrori bildirib ki, daha 3 nəfər itkin düşüb.
Qeyd edək ki, bundan əvvəl qasırğa zamanı 27 nəfərin öldüyü bildirilirdi. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR