İsrail hərbçiləri fələstinlini güllələyib

İsrail hərbçiləri fələstinlini güllələyib
03:52 12 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ İsrail hərbçiləri fələstinlini güllələyib.
"Report"un məlumatına görə, bu barədə "France Press" Fələstin məmurlarına istinadən xəbər yayıb.
Məlumata görə, hadisə Yerusəlimin şərq hissəsində, Silvan rayonunda baş verib. Belə ki, İsrail hərbçiləri ilə baş vermiş toqquşmada 20 yaşlı fələstinli Əli Şuiki həlak olub.
Xəbərdə qeyd edilir ki, dini Yom-Kippur bayramı ərəfəsində İordan çayının qərb sahilində və Yerusəlimin şərqində təhlükəsizlik tədbirləri gücləndirilib. Hər iki əraziyə polis və hərbçilər gətirilib.
Lakin hadisənin hansı səbəblərdən baş verdiyi və təfərrüatı ilə bağlı ətraflı məlumat verilmir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR