Hüseyn Bağırov Bolqarıstanda bir sıra görüşlər keçirib

Hüseyn Bağırov Bolqarıstanda bir sıra görüşlər keçirib
04:32 12 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Sofiya. 12 oktyabr. REPORT.AZ/ Bolqarıstanda səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüsen Bağırov Sofiya şəhərinin meri xanım Yordanko Fandıkova ilə görüşüb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdə Yordanko Fandıkova nazir Hüseyn Bağırova paytaxt Sofiyada Avropa Birliyinin ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verib.
Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İvelina Vasilievanın da iştirak etdiyi görüşdə həmçinin iki ölkə arasında gələcəkdə ətraf mühit və mədəni irsin mühafizəsi sahəsində innovatiV ideya və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Daha sonra Hüseyn Bağırov paytaxt Sofiyada tullantıların emalı zavoduna baş çəkib. Nazirə zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, H.Bağırov Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İvelina Vasilevanın dəvətilə bu ölkədə səfərdədir. 


Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/huseyn-bagirov-bolqaristanda-bir-sira-gorusler-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR