“Skype” proqramında rus dili üçün sinxron tərcümə istifadəyə verilib

“Skype” proqramında rus dili üçün sinxron tərcümə istifadəyə verilib
07:08 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2015-ci ilin payızından "Skype" proqramında əlçatan olan danışığın sinxron səsli tərcümə xidməti bu gündən rus dilini də dəstəkləyir. Sözügedən funksiya rus dilində danışan istifadəçilərə ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqalı, alman və ya ərəb dillərini bilmədən bu dillərin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, sinxron tərcüməçi xidmətindən yararlanmaq üçün istifadəçi ilk öncə həmsöhbəti seçməli, dialoq pəncərəsini açmalı və qlobus şəklində olan "Skype Translator" nişanını tapmalıdır.

"Skype Translator" nişanının üzərinə sıxmaqla başlanğıc ayar kimi deaktiv edilmiş sinxron tərcüməçi funksiyasını aktivləşdirməli, cari istifadəçi və həmsöhbət üçün müvafiq dilləri seçməklə adi rejimdə ünsiyyətə başlamaq olar. Deyilmiş ifadələrin tərcüməsi azacıq ləngimə ilə səsləndirilir, həmçinin subtitrlər göstərilir. Tərcümənin maksimum keyfiyyəti üçün qarnituradan istifadə etmək və ünsiyyət üçün sakit məkan seçmək tövsiyə edilir.

"Skype Translator" funksiyası neyroşəbəkələr əsasında işləyən kompüter təlimi texnologiyasına əsaslanır. Bu o deməkdir ki, xidmət istifadə edildikcə təkmilləşir və daha çox insan istifadə etdikcə tərcümənin keyfiyyəti bir o qədər ürəkaçan olur.

"Microsoft" korporasiyasının nümayəndəsi bildirib ki, "Skype Translator" funksiyası başqa ölkələrdə yaşayan dost, qohum və həmkarlarla sərbəst ünsiyyət saxlamaq üçün lazım ola bilər, həmçinin təhsil və işgüzar danışıqlar üçün yeni imkanlar açacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/171823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR