Azərbaycanda ağır yol qəzası: 1 ölü

Azərbaycanda ağır yol qəzası: 1 ölü
08:22 12 Oktyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzasi baş vermişdir. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 03:19 da başa çatıb.​

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR