Hindistanda instituta hücum etmiş silahlı qrup zərərsizləşdirilib

Hindistanda instituta hücum etmiş silahlı qrup zərərsizləşdirilib
08:27 12 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Hindistanın Cammu və Kaşmir ştatlarının dövlət institutunda barrikada qurmuş silahlı qrup zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "Tİmes of India" polisə istinadən məlumat yayıb.
Məlumata görə, cinayətkarlar yerli vaxtla saat 06:30-da zərərsizləşdiriliblər. Onlar bu əraziyə Cela çayı vasitəsilə gəliblər.
Yeddi mərtəbəli binaya daxil olmuş silahlılar polisin diqqətini cəlb etmək üçün burada yanğın törədiblər. Asayiş keşikçilərinin silahlılarla atışması zamanı 1 polis əməkdaşı yaralanıb. 
Atışma zamanı həmçinin 1 cinayətkar öldürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-instituta-hucum-etmis-silahli-qrup-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR