Britaniyada çətənənin müalicəvi xüsusiyyətləri rəsmi təsdiqləndi

Britaniyada çətənənin müalicəvi xüsusiyyətləri rəsmi təsdiqləndi
08:44 12 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyada Dərman Vəsaitləri və Tibb Məhsulları Dövlət Agentliyi (MHRA) çətənənin müalicəvi xüsusiyyətlərə malik olduğunu müəyyən edib.

 

Bu barədə Lent.az  Britaniyanın “The Independent” nəşrinə istinadən xəbər verir.  Nəşr  “rəsmi etirafın” ölkədə çətənənin leqallaşdırılmasını sürətləndirəcəyini istisna etməyib.  

  

Məlumata görə,  Agentlik çətənənin tərkibindəki kannabidiolun insanın fizioloji funksiyalarına bərpaedici və tənzimləyici təsirə malik olduğunu müəyyən edib.

 

Qeyd edək ki, ötən il marixuananın leqallaşdırılmasına dair petisiya Britaniya hökumətinə təqdim olunmuşdu. DİN həmin təklifi sərt şəkildə rədd etmişdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR