Kamran Ağayev: Rekorddan 75 dəqiqə uzaqda

Kamran Ağayev: Rekorddan 75 dəqiqə uzaqda
08:47 12 Oktyabr 2016
127 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsinin ardıcıl 3-cü oyununda da qol buraxmayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, San-Marino və Norveçi 1:0 hesabı ilə məğlub edən komandamız Çexiya səfərindən qolsuz heç-heçəylə dönüb.

Millimiz ardıcıl 3 quru oyun keçirməklə, özünün seçmə mərhələlərdəki rekordunu təkrarlayıb. İndiyədək yalnız bir dəfə qapıçımız ardıcıl 3 dəfə qol buraxmamışdı.
 
Bu, AÇ-2016-nın ötən il keçirilən Malta (2:0), Norveç (0:0) və Xorvatiya (0:0) ilə görüşlərdə gerçəkləşmişdi. Yığmamız həmin göstəricini təkrarlasa da, mütləq rekord hələ ötən ilki seriyaya məxsusdu. Həmin vaxt yığmamız Norveç (0:1) və Malta (2:2) ilə qarşılaşmalarda buraxdığı iki qol arasında 378 quru dəqiqə keçirmişdi. Bu dəfə isə Kamran Ağayevin seriyası 304 dəqiqədən ibarətdi. O, seçmə mərhələdə son qolu ötən tsiklin Bolqarıstanla səfər matçının 56-cı dəqiqəsində buraxıb. Həmin görüşün 34 dəqiqəsinə daha 3 matç, yəni 270 dəqiqə əlavə edən qolkiper rekordun 75 dəqiqəliyindədi.
 
Belfastda Şimali İrlandiya ilə matçda 75 dəqiqə qol buraxmayacağı halda, komandamız tarixə özünün yeni rekordu ilə düşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR