“Yenə də vuruşmaq lazımdır" – Kamran Ağayev

“Yenə də vuruşmaq lazımdır"  – Kamran Ağayev
08:59 12 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhləsi çərçivəsində keçirilən Çexiya – Azərbaycan (0:0) matçından sonra millimzin qapçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb.

 

- İndiyə kimi qol buraxmadığını nəzərə alsaq, səni seçmə mərhələdə Avropa üzrə ən yaxşı saymaq olar?

- Tək məni demək olmaz. Sadəcə əvvəlki formamı bərpa etmişəm. Əsas odu ki, zədələnməyim. Çünki zədə olanda toparlanmaq çətin olur. Heç nədən “İnter”in heyətində “Qəbələ” ilə matçda xəsarət almışdım. Bir də belə şeyləri yaşamaq istəmirəm. Əlimdən gələni edirəm. Yığmanın heyətində vuruşmaq lazımdı. Burdan geri – “Boavişta”nın düşərgəsinə qayıdacam. Eşitdiyimə görə, baş məşqçim istefa verib. Ən yaxşı deməzdim, sadəcə, davam etmək lazımdı. Hər şey arxada qaldı. Yenə də vuruşmaq lazımdı.

 

- Yəqin ki, bu cür havada meydana çıxmaq sənin üçün heç də əlverişli deyildi...

- Belə havada qapıçıların işi çox olur. Rəqibin 30 metrdən vurduğu zərbə sanki 5 metrdən gəlir. Əsas odu ki, nəticə qazandıq. İstərdik qələbə olsun, amma alınmadı. Özümüzə güvənirik. Siz də bizə güvənsəniz, bir nöqtəyə vurub, bir-birimizə dəstək olub, hətta uğursuzluğa düçar olsaq belə, motivasiya versəniz, yaxşı nəticələr əldə edib DÇ-na vəsiqə qazanarıq.

 

- 75-ci dəqiqədə sanki qasıq nahiyəndə dartılma oldu. Əvəzlənməyini istəyirdin?

- Xeyr, istəmirdim. İlk yarı başa çatanda əzələmdə dartılma hiss etdim. Amma iynə vuruldu. İnanıram ki, yaxşı olacaq. Ağır zədə yoxdu. Sadəcə, kənardan göstəriş verildi ki, topa zərbə vurma. Çünki vurduqca, zədəmi daha da ağırlaşdıra bilərəm. Fikrimcə, yırtıq yoxdu, sadəcə yüklənmə olub.

 

- Oyunun gedişində tabloya neçə dəfə baxdın?

- Bunu deməsəm yaxşıdı. Tək tabloya yox, hər yerə baxdım. Oyunu idarə etmək bizdən asılıdı. Hərdən elə olurdu ki, təzyiqə uyğun oyunun ritmini salıb, endirmək lazım olurdu. Məşqçi taktikasını verir. Amma meydanda fantaziya lazımdı, bu, isə bizdən asılıdı. Özün özünü idarə etməlisən.

 

- 3 oyundan sonra 7 xal qazanacağımızı təsəvvür edə bilirdin?

- İnanmasam, dayanaram. Özündən razılıq etmirəm. Komanda yoldaşlarıma və özümə inanıram.

 

- Şimali İrlandiya ilə səfər matçı haqqında nə düşünürsən?

- Nə olacağını bilmək olmaz. Sadəcə, vuruşmaq, döyüşmək lazımdı. Geriyə baxmaq lazım deyil. İndiyə kimi nə etmişiksə, geridə qaldı. Hamımız bir olsaq, uğur qazana bilərik.

 

- Hazırkı komandanı müstəqillik dövrünün ən yaxşı yığması saymaq olar?

- 30 yaşım var. 20 ildi futbol oynayıram. Artıq nəticə vermək vaxtıdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR