"Sumqayıt Nəqliyyat Təchizat"ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

"Sumqayıt Nəqliyyat Təchizat"ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
09:02 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Sumqayıt Nəqliyyat Təchizat" ASC-nin səhmdarlarının sentyabrın 30-na nəzərdə tutulmuş növbədənkənar ümumi yığıncağının vaxtı dəyişdirilib. "Report" xəbər verir ki, yığıncaq noyabrın 11-də, saat 10:00-da baş tutacaq.
İclasın gündəliyinə müəssisəyə yeni İdarə Heyətinin seçilməsi, eləcə də cari məsələlər daxildir.
Ümumi yığıncaq ASC-nin Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən inzibati binasında keçiriləcək. 
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat Təchizat" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 75 512 manatdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/sumqayit-neqliyyyat-techizat-in-sehmdarlarinin-yigincaginin-vaxti-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR