Abşeron rayon sakini güllələnərək qətlə yetirilib.
Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.
Məlumata görə, gecə saatlarında Qobu qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Abbasov Rövşən Rafiq oğlu naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisə 90 SX 740 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin yaxınlığında baş verib. Odlu silahdan açılan atəş avtomobilə də zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.