Şəki bazarında YANĞIN

Şəki bazarında YANĞIN
09:29 12 Oktyabr 2016
244 Digər
Ölkə mətbuatı
A- A+

Şəki bazarında yanğın olub. 


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki bazarının sahibkarlara məxsus qarışıq mallar satılan hissəsində yanğın başlayıb. Yanğının irimiqyaslı olduğu nəzərə alınaraq hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri ilə birgə ətraf Qax, Oğuz və Yevlax rayonlarının DYMH-nin texnikası və şəxsi heyəti cəlb edilib.

 

Hazırda yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın nəticəsində sahibkarlara məxsus ümumi sahəsi 1200 kv.m olan ticarət obyektləri içərisindəki mallarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR