Sənədsiz "Tula" bədbəxt hadisəyə səbəb oldu

Sənədsiz "Tula" bədbəxt hadisəyə səbəb oldu
14:47 5 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Şabranda 40 yaşlı kişi özünü ov tüfəngilə vurub.

Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Şabran rayonunun Rəhimli kəndində kənd sakini Əlizamin Bayramov ov tüfəngilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində əl nahiyəsindən xəsarət alıb.

Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ə.Bayramovdan müvafiq sənədləri olmayan “Tula” markalı tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR