Bir gün ərzində məscidə ikinci hücum oldu

Bir gün ərzində məscidə ikinci hücum oldu
10:12 12 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Kabilin cənub-qərbindəki Karte Çar rayonunda yerləşən məscidə hücum edilib. Bir gün ərzində məscidə ikinci hücum zamanı hədəf bu dəfə Çar Yar məscidi seçilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sedik Sediki məlumat verib.
Onun sözlərinə görə, hadisə yerinə operativ şəkildə xüsusi təyinatlı dəstə gəlib.
Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl terrorçular Kabildə müsəlmanların Aşura günü ilə əlaqədar keçirdiyi dini tədbirin baş tutduğu məscidə hücum etmiş, nəticədə 14 nəfər həlak olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR