Sumqayıtda qardaş bacısını öldürdü

Sumqayıtda qardaş bacısını öldürdü
10:13 12 Oktyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.

Bu barədə şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. O, əməlini etiraf edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR