Bakıdan Amsterdama birbaşa aviareys açılır

Bakıdan Amsterdama birbaşa aviareys açılır
10:17 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Amsterdama (Niderland) birbaşa uçuşlara başlayacaq. “Report”un Niderland mediasına istinadən verdiyi məlumata görə, uçuşlar gələn ilin mayın 17-dən başlayacaq.
Məlumatda deyilir ki, təyyarələr Heydər Əliyev Hava Limanından Amsterdamın əsas aeroportu olan Sxipxola (Schiphol) uçacaq. Bundan öncə bu istiqamətdə Niderlandın KLM aviaşirkəti uçuşlar həyata keçirib.
Həftədə 4 dəfə həyata keçiriləcək uçuşlar üçün hələ konkret vaxt müəyyən edilməyib. Hazırda proqram rəsmi təsdiq edilmə mərhələsindədir. Digər bir variantla isə “Air France” aviaşirkəti Parisdən (Fransa) keçməklə Amsterdama uçuşların təşkilini Azərbaycan tərəfinə təklif edir.
Qeyd olunur ki, AZAL aviaşirkəti hələ 2011-ci ildə bu istiqamətdə uçuşlara başlamaq istəsə də, o zaman cəhdi uğursuz olub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakidan-amsterdama-birbasa-aviareys-acilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR