"Bunu deməsəm, yaxşıdır"

"Bunu deməsəm, yaxşıdır"
10:27 12 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Çexiya - Azərbaycan (0:0) matçından sonra millimizin qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb.

- İndiyə kimi qol buraxmadığını nəzərə alsaq, səni seçmə mərhələdə Avropa üzrə ən yaxşı saymaq olar?
- Tək məni demək olmaz. Sadəcə əvvəlki formamı bərpa etmişəm. Əsas odur ki, zədələnməyim. Çünki zədə olanda toparlanmaq çətin olur. Heç nədən "İnter"in heyətində "Qəbələ" ilə matçda xəsarət almışdım. Bir də belə şeyləri yaşamaq istəmirəm. Əlimdən gələni edirəm. Yığmanın heyətində vuruşmaq lazımdır. Buradan geri - "Boavişta"nın düşərgəsinə qayıdacam. Eşitdiyimə görə, baş məşqçim istefa verib. Ən yaxşı deməzdim, sadəcə, davam etmək lazımdır. Hər şey arxada qaldı. Yenə də vuruşmaq lazımdır.
 
- Yəqin ki, bu cür havada meydana çıxmaq sənin üçün heç də əlverişli deyildi...
- Belə havada qapıçıların işi çox olur. Rəqibin 30 metrdən vurduğu zərbə sanki 5 metrdən gəlir. Əsas odur ki, nəticə qazandıq. İstərdik qələbə olsun, amma alınmadı. Özümüzə güvənirik. Siz də bizə güvənsəniz, bir nöqtəyə vurub, bir-birimizə dəstək olub, hətta uğursuzluğa düçar olsaq belə, motivasiya versəniz, yaxşı nəticələr əldə edib DÇ-yə vəsiqə qazanarıq.
 
- 75-ci dəqiqədə sanki qasıq nahiyəndə dartılma oldu. Əvəzlənməyini istəyirdin?
- Xeyr, istəmirdim. İlk yarı başa çatanda əzələmdə dartılma hiss etdim. Amma iynə vuruldu. İnanıram ki, yaxşı olacaq. Ağır zədə yoxdur. Sadəcə, kənardan göstəriş verildi ki, topa zərbə vurma. Çünki vurduqca, zədəmi daha da ağırlaşdıra bilərəm. Fikrimcə, yırtıq yoxdur, sadəcə yüklənmə olub.
 
- Oyunun gedişində tabloya neçə dəfə baxdın?
- Bunu deməsəm, yaxşıdır. Tək tabloya yox, hər yerə baxdım. Oyunu idarə etmək bizdən asılıdır. Hərdən elə olurdu ki, təzyiqə uyğun oyunun ritmini salıb, endirmək lazım olurdu. Məşqçi taktikasını verir. Amma meydanda fantaziya lazımdır, bu isə bizdən asılıdır. Özün özünü idarə etməlisən.
 
- 3 oyundan sonra 7 xal qazanacağımızı təsəvvür edə bilirdin?
- İnanmasam, dayanaram. Özündən razılıq etmirəm. Komanda yoldaşlarıma və özümə inanıram.
 
- Şimali İrlandiya ilə səfər matçı haqqında nə düşünürsən?
- Nə olacağını bilmək olmaz. Sadəcə, vuruşmaq, döyüşmək lazımdır. Geriyə baxmaq lazım deyil. İndiyə kimi nə etmişiksə, geridə qaldı. Hamımız bir olsaq, uğur qazana bilərik.
 
- Hazırkı komandanı müstəqillik dövrünün ən yaxşı yığması saymaq olar?
- 30 yaşım var. 20 ildir futbol oynayıram. Artıq nəticə vermək vaxtıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR