Britaniyanın ən zəngin iş adamlarından biri, maliyyəçi Ben Qoldsmitin xanımı Cemayma Qoldsmit körpələrin ana südü ilə bəslənməsinin tərəfdarıdır. Bundan başqa, o, südəmər övladını ictimai yerlərdə əmizdirən analara qarşı dözülməz davranışın yolverilməzlik, tərbiyəsizlik olduğunu deyir.
Milli.Az The Sun-a istinadən bildirir ki, milyarder iş adamının xanımı Cemayma bacısının İtaliyanın Venesiya şəhərindəki toyunda 3 aylıq qızı Elizanı əmizdirib.
O, Elizanı yemlədiyi zaman çəkilmiş fotosunu İnstagram-dakı profilində paylaşıb.
"Qızımı əmizdirirəm və bunun pis əməl olduğunu deyənlərə meydan oxuyuram", - Cemayma Qoldsmit yazıb.
Milli.Az