Nursultan Nazarbayevin Azərbaycan və Ermənistan səfərlərinin ləğvi rəsmən təsdiq edilib

Nursultan Nazarbayevin Azərbaycan və Ermənistan səfərlərinin ləğvi rəsmən təsdiq edilib
10:32 12 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymədən müalicə aldığınıa görə, oktyabrın 12-dən 14-dək olan müddətdə Azərbaycan və Ermənistana səfər etməyəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti mətbuat katibi Aydos Ukibay məlumat verib.
"Bəzi düzəlişlər edilib və bu həftənin sonuna qədər döblət başçısının beynəlxalq tədbirlərdə iştirakı planlaşdırılmır. Yerevanda KTMT-nin iclaslarında Qazaxıstanın baş naziri iştirak edəcək", - A.Ukibayın bəyanatında deyilib.
Mətbuat katibinin sözlərinə görə, N.Nazarbayev hazırda soyuqdəymə ilə əlaqədar planlı müalicə kursu keçir, ümumilikdə onun sağlamlıq vəziyyəti heç bir narahatlığa əsas vermir.
Qeyd edək ki, "Report" daha əvvəl Nursultan Nazarbayevin Azərbaycana planlaşdırılan rəsmi səfərinin qeyri-müəyyən müddətə təxirə salındığını yazmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/nursultan-nazarbayevin-azerbaycan-ve-ermenistan-seferlerinin-legvi-resmen-tesdiq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR