Keçmiş məhkumu boğub öldürənin cinayət işi məhkəməyə göndərildi

Keçmiş məhkumu boğub öldürənin cinayət işi məhkəməyə göndərildi
10:34 12 Oktyabr 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamella Nəsrullayevanın icraatına verilib.

 

Qeyd edək ki, qətl bu il Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb. Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR