Türkiyə mətbuatı Azərbaycan milli komandasının uğurlu çıxışından yazıb

Türkiyə mətbuatı Azərbaycan milli komandasının uğurlu çıxışından yazıb
10:37 12 Oktyabr 2016
139 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan yığmasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki uğurlu çıxışlarına Türkiyə mətbuatında da yer verilib. bununla bağlı qardaş ölkə KİV-ləri ayrıca xəbərlər dərc ediblər.
Sporx.com "Məğlubiyyətsiz Azərbaycan! Seriya davam edir" başlıqlı yazıda qapıçı Kamran Ağayevin Çexiya yığması ilə səfər matçında etibarlı oyunu xüsusi vurğulanıb: "Azərbaycan 90 dəqiqə boyunca topla daha az oynamasına və qapı çərçivəsinə cəmi bir zərbə endirməsinə baxmayaraq, qapıçı Kamran Ağayevin uğurlu çıxışı və kollektiv şəklində müdafiə olunması nəticəsində qarşılaşmadan 1 xalla ayrıldı və məğlubiyyəsizlik seriyasını davam etdirdi. İlk 2 matçında San Marino və Norveçi məğlub edən Azərbaycan bu nəticə ilə birgə 3-cü oyunundan sonra xallını 7-yə yüksəldərək, Almaniyadan sonra ikinci pillədə yer aldı".
"Sabah" nəşri "Azərbaycan yuxusu" başlıqlı xəbərində millimizin dünya çempionatı yolunda daha bir addım atdığını yazıb. Yazıda Azərbaycan yığmasının Çexiya səfərindən vacib 1 xalla döndüyü və xallarını 7-yə çıxararaq, qrupda 2-ci yerini qoruduğu göstərilib.
"Fotomaç" qəzetində "Azərbaycan dünya çempionatına addımlayır" başlıqlı yazı dərc olunub. Yazıda millimizin ilk 2 oyundan qələbə ilə başladığı və hələ qapısında qol görmədiyi, Çexiya səfərində qolsuz bərabərliyə qalaraq, yenilməzliyini davam etdirdiyi, Almaniyanın ardından 7 xalla 2-ci pillədəki yerini qoruduğu vurğulanıb.
"Euronews.com.tr" San Marinonu səfərdə, Norveçi evdə 1:0 hesabı ilə yenən Azərbaycan yığmasının çətin Çexiya səfərindən də xalla dönməyi bacardığını vurğulayıb. Bununla da xallarını 7-yə çıxaran millimizin qrup 2-ciliyi üçün böyük üstünlük əldə etdiyi qeyd olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/turkiye-metbuati-azerbaycan-milli-komandasinin-ugurlu-cixisindan-yazib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR