Nazirlikdən XƏBƏRDARLIQ: Vaxt bitdi!

Nazirlikdən XƏBƏRDARLIQ: Vaxt bitdi!
10:37 12 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Milli.Az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.

"Dərman vasitələri haqqında" qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır:

"Bununla əlaqədar olaraq bildiririk ki, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR