"Tükənirəm..." - Niyam ağladı

"Tükənirəm..." -  Niyam ağladı
10:56 12 Oktyabr 2016
60 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı sənətçiyə məxsus iki əşyanı studiyaya gətirib. İfaçı əşyanın bacısının hədiyyəsi olduğunu deyib:

“Bu əşyanı kiçik bacım mənə verib. Atamın yadigarıdır, özəldir. Su, çay içmək üçün istifadə olunurdu. Mən heç vaxt efirdə ağlamamışam, amma indi bir az pis oldum”.

N.Salami atası haqda danışarkən göz yaşlarını gizlədə bilməyib:

“Atamın daşıdığı yüklərə məəttəl qalıram. Çox güclü insan imiş. Mən daşıya bilmirəm, tükənirəm hər şeydən. "Həzrəti Yusif" filmi məni parça-parça elədi. Atam 3 ay evdə, 3 ay isə işdə olub. Bizim necə böyüdüyümüzü görməyib. Zəhmətimizi anam çəkib. Digər əşyanı isə Rakif adlı rəssam hədiyyə edib. Bahalı hədiyyə olduğunu və 16-17-ci əsrlərə aid olduğu bildirdi. Şah İsmayıl Xətai bu qabda su içib".

Sənətçi evlənməklə bağlı suallara belə cavab verib:

“Bunu ilk dəfə sizə deyirəm. Yaxınlarımın problemini həll etmədikcə, hər şey yerində olmayana qədər mən evlənməyəcəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR