Ayaqqabının dabanından narkotik çıxdı

Ayaqqabının dabanından narkotik çıxdı
10:59 12 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin “Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915 qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.

 

 Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR