"Özüm boyda oğlum var" - Hüseyn Dəryanın həyat yoldaşı gizli eşq yaşaması barədə yayılan xəbərlərdən DANIŞDI

Mərhum Hüseyn Dəryanın həyat yoldaşı Sona dünən haqqında yazılan xəbərlərlə bağlı narahatlıq keçirib.

Big.az-ın müxbiri ilə söhbəti zamanı Sona bildirib ki, həyatında heç kim yoxdur və hələlik bu barədə düşünmür:

"Mənim özüm boyda oğlum var, belə şeylər yaraşmaz. Həyatımda heç kəs yoxdur, bu barədə düşünmürəm də... Şəkildəki isə ürəyim - oğlum Cahangirimin əlidir".

Hal-hazırda ölkədə olmayan Sona heç bir gizli eşq yaşamadığını dilə gətirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR