ANS-dən maaşını tələb edən əməkdaşla bağlı məhkəmə qərar verdi

ANS-dən maaşını tələb edən əməkdaşla bağlı məhkəmə qərar verdi
11:22 12 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevə qarşı apellyasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, S.Vəliyev "ANS Müstəqil Yayım və Media" Şirkətinə qarşı xidmət haqqının və dəymiş zərərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. O, 870 manat əməkhaqqının ödənilməsini istəyib. Məhkəmə iddianı qismən təmin edib. Bundan narazı qalan şirkət apellyasiya şikayəti verib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR