Fuad Ələsgərov: "Bu gün Avropada qaçqın və miqrantların hüquqları kütləvi şəkildə pozulur"

Fuad Ələsgərov: "Bu gün Avropada qaçqın və miqrantların hüquqları kütləvi şəkildə pozulur"
11:27 12 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Avropada dünyanın qaynar nöqtələrindən axın edən qaçqınların və miqrantların hüquqlarının kütləvi pozulması halları müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının XIX iclasında deyib.

F.Ələsgərov bildirib ki, bu gün miqrasiya böhranının ən aydın nümunəsi Suriyadan qaçqınların Avropaya kütləvi axınıdır: "Onlar Avropada sığınacaq tapacaqlarına ümid edirlər, lakin kobud münasibətlə və bəzən Avropa ölkələri tərəfindən sərt siyasətlə qarşılaşırlar. Beləliklə, ksenofobiya və islamofobiya meyilləri güclənməyə başlayır, bir sıra siyasətçilər isə bundan hakimiyyətə gəlmək üçün istifadə edirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR