Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Sevil Əliyevanln 61 yaşı tamam olub.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda
anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda
musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində
təhsilini davam etdirib.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını
başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri
namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda
yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən
S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik
Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm
də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri -
Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika
Federasiyasının vitse-prezidentidir.